Türkiyədə ardıcıl 2 zəlzələ | Bu vilayətdə qorxulu anlar yaşandı
Türkiyənin Sivas vilayətində 4,7 və 4,1 maqnitudalı iki zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı 10,57 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf əyalətlərdə də hiss olunub. Xəsarətalanlar və dağıntı haqqında məlumat verilmir.
Xatırladaq ki, oktyabrın 16-da Malatyada 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman və Tunceli vilayətlərində də hiss edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabında bildirib ki, Malatya zəlzələsi ilə əlaqədar 250-yə yaxın sakin həkimə müraciət edib, onlardan 11-nin müalicəsi davam edir. O həmçinin vurğulayıb ki, zərər görən ərazilərdə zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi işləri davam etdirilir.
#Türkiyə teqi istifadə olunub
- Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri davam etdirəcək | Erməni deputat - Baku TV
- "Türkiyə Qarabağla bağlı bu təşəbbüsü irəli sürdü" | Əli Əsədov - Baku TV
- Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib
- Netanyahu Suriyada yeni bir böhran yaratmağa çalışır?
- İŞİD-lə mübarizə üçün əməkdaşlıq müzakirə olunub
