Pleyeri seçin:

Rusiya Ukraynaya 650 dronla hücum edib

23 dekabr 2025 193 baxış

“Dekabrın 23-ü gecədən etibarən səhərə qədər Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirib, enerji obyektlərimizə, mülki infrastruktura zərər vurmaq üçün 650-dən çox dron istifadə olunub, 30-dan çox raket atılıb”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat paylaşıb.

O bildirib ki, səhər saatlarında Ukraynanın əksər ərazilərində hava həyəcanı siqnalı səsləndirilib.

“Zərbələrin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri xidmətlər cəlb olunub. Təəssüf ki, itkilər var. Kiyev vilayətində Rusiya dronunun zərbəsi nəticəsində bir qadın həlak olub. Xmelnitski vilayətində də bir nəfər ölüb. Jitomir vilayətində isə 4 yaşlı uşaq Rusiya dronunun yaşayış binasına düşməsi nəticəsində həyatını itirib”, – Ukrayna Prezidenti qeyd edib.

Ümumilikdə ən azı 13 vilayətin ərazisinin Rusiya Ordusunun hücumlarına məruz qaldığını bildirən Zelenski dronların və raketlərin böyük hissəsinin vurulduğunu qeyd edib:

“Rusiyanın bu hücumu açıq şəkildə Kremlin prioritetlərini göstərir. Hücum Milad bayramı ərəfəsində edilib, insanlar, sadəcə, ailələri ilə birlikdə evdə və təhlükəsiz olmaq istədiyi vaxtda. Eyni zamanda hücum müharibəni başa çatdırmaq üçün aparılan danışıqların ortasında baş verib”.

Zelenski bu hücumlara son qoymaq üçün Rusiyanı sülhə və təhlükəsizlik zəmanətinə məcbur etməyin vacibliyini vurğulayıb.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, gecə ərzində Hava Hücumundan Müdafiə qüvvələri Ukraynaya məxsus 22 PUA məhv edib.

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Dünya
24 mart 2026 193 baxış
Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Dünya
24 mart 2026 193 baxış
Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Dünya
24 mart 2026 193 baxış
Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Dünya
24 mart 2026 193 baxış
Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Dünya
24 mart 2026 193 baxış
Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Dünya
24 mart 2026 193 baxış
Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Dünya
24 mart 2026 193 baxış
İranın 1000 ballistik raketi qalıb?

İranın 1000 ballistik raketi qalıb?

Dünya
24 mart 2026 193 baxış
Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Dünya
24 mart 2026 193 baxış
Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Dünya
24 mart 2026 193 baxış
Seçilmişlər
icon