Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir
"Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün ABŞ vasitəsilə danışıqlar yenidən davam etdirilməlidir".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yayımladığı videoda bildirib.
O qeyd edib ki, danışıqlarda yaranmış fasiləyə son qoymaq və müzakirələr aparmaq üçün bütün səylər göstəriləcək.
"Ukrayna nümayəndə heyəti bu həftə sonu ABŞ-yə gedəcək və şənbə günü görüşlər baş tutacaq", – deyə o bildirib.
Zelenski ABŞ-də keçiriləcək danışıqlar barədə Rustem Umerov, Kiril Budanov və David Araxamiya ilə ətraflı müzakirələr apardığını, eyni zamanda görüşlərdə Sergey Kislitsianın da iştirak edəcəyini bildirib.
Bu arada, Avropa İttifaqı liderləri Ukraynaya nəzərdə tutulmuş 90 milyard avro məbləğində vacib kreditin gecikməsini aradan qaldırmaq üçün Macarıstanın Baş naziri Viktor Orbanla yeni danışıqlar aparacaqlarını bildiriblər.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski Aİ-nin 90 milyard avroluq qərarına sərt reaksiya verə bilər
- VI Felipe Madriddə Zelenskini qəbul edib
- Millət vəkillərinin səfərbərliyə cəlbi gündəmdə | Zelenski kritik qərarı verəcəkmi? - Baku TV
- "Moskvanın maraqları Avropadan Yaxın Şərqə qədər uzanır" | Zelenskidən açıqlamalar
- Tramp Hörmüz boğazı ilə bağlı nələri planlaşdırır? - Baku TV
