Türkiyədə keçirilən iclasda Zəngəzur dəhlizi müzakirə olunub
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.
Dövlət başçısının Beştəpədəki iqamətgahında keçirilən görüş 2 saat yarım davam edib.
Görüşdə Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunub. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb.
İclasda həmçinin Qafqazda baş verən hadisələr də gündəmdə olub. Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.
Azərbaycan – Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdlərindən söz açılıb. Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda qeyd olunub.
#Türkiyə teqi istifadə olunub
- Niğde vilayətində güclü sel
- Amerika Birləşmiş Ştatları Prezidenti Türkiyəyə səfər edəcək - Baku TV CANLI
- Alper Özel Orta Dəhliz layihəsindən danışdı
- Paşinyandan Türkiyə liderinə kritik zəng: Ermənistan Ankaradan nə gözləyir? - AKTUAL GÜNDƏM
- Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istismara verildi - Baku TV
