Pleyeri seçin:
“Uçan saray” niyə səs-küyə səbəb oldu? - Trampın 400 milyonluq oyuncağı
ABŞ-nin nümayəndələr palatasının üzvü, Demokratların nümayəndəsi Riçi Torres Qətər kral ailəsinə aid bahalı "Boeing 747-8" təyyarəsinin Donald Trampa hədiyyə olub-olmadığının araşdırılacağını açıqlayıb.
Riçi Torres bildirib ki, dəyəri 400 milyon dollar olan təyyarə xarici dövlət tərəfindən ABŞ rəhbərliyinə verilən ən qiymətli hədiyyə olacaq.
R.Torres belə bir hədiyyənin federal etika qaydalarını və ya ABŞ Konstitusiyasının müddəalarını pozub-pozmadığına dair məsələnin araşdırılmasını tələb edib.
Ehtimallardan biri də bu təyyarənin dövlət büdcəsindən fərdi maraqlar üçün alına bilməsidir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
