Dünya
Pleyeri seçin:
Ukrayna ordusunda əsir düşən Kadırovçunun şikayəti
“Sadəcə yatıb-durursan və səni göndərirlər cəbhəyə. Mən bunda heç bir məntiq görmürəm”.
Bu sözləri Ukrayna Ordusuna əsir düşən kadırovçu Sergey Medvednik deyib. O, Rusiya Ordusunun zəif təminatından danışıb:
“Mənasız ölüm, mənasız müharibədir. Heç bir təminat yoxdur. Mənə hərbi şalvarı “dembel” verdi. Təcili yardım çantası, kaska, hərbi geyim, bunların heç biri bizə verilməyib. Döyüşdən qaçanların qoyub getdikləridir”.
Qeyd edək ki, S.Medvednik Həştərxan vilayətindəndir. O, maddi imkansızlıq səbəbindən Ramzan Kadırovun “Axmat” xüsusi təyinatlı dəstəsinə qoşulub.
Kopyalandı
Seçilmişlər