Ukrayna-Rusiya müharibəsindən əziyyət çəkən azərbaycanlıların sayı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.
“Report”un Şərqi Avropa bürosunun apardığı özəl araşdırma nəticəsində məlum olub ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evi tamamilə dağıdılıb və yaxud ciddi zərər çəkib.
Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.
Qeyd edək ki, bu, rəsmi statistika deyil, “Report”un Şərqi Avropa bürosunun müstəqil araşdırmasının gəldiyi nəticədir. Bu səbəbdən say daha artıq ola bilər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Krım körpüsü niyə məhz Putin, Tramp və Si Cinpinin görüşü ərəfəsində vuruldu? - Baku TV
- Ukraynanın mülki infrastrukturuna qarşı hücumlar davam edir - Baku TV CANLI
- Körpüyə hücum Rusiyanın nəqliyyat əlaqəsinə necə təsir edəcək? - Baku TV CANLI
- Trampdan müəmmalı sözlər | Putin Ukrayna ilə bağlı tələblərindən geri çəkilirmi? - Baku TV
- Zelenski ABŞ ilə Rusiya arasındakı razılaşma barəsində danışdı- Baku TV CANLI
