Pleyeri seçin:

Ukrayna Rusiya Ordusunu necə şoka saldı? - Ağır itkilərin səbəbi üzə çıxdı

18 iyul 2025 253 baxış

“Rusiya Ordusu Ukraynanın müdafiə xəttini yarmağa çalışır və zəif nöqtələr axtarır. Amma bu onlara əvvəlkindən daha baha başa gəlir”.

Bu sözlər “The Economist”də yayılan məqalədə yer alıb.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri dron istehsalını artırmaqla daha çox Rusiya hərbçisini öldürə bilir.

Ukrayna Ordusunun 93-cü briqadasının komandiri Yeqor Derevyanko nəşrə açıqlamasında qeyd edib ki, Rusiya Ordusu Konstantinovka və Pokrovsk istiqamətində hücuma hazırlaşır.

“İyulda dronların köməyi ilə Rusiya bayrağı cəbhədə 5 dəfə endirilib. Yəni onların ələ keçirdiyi mövqelər azad olunub. Rusiya tərəfi isə yalandan məlumat yayır ki, guya hansısa kəndi tutublar”, – deyə Y.Derevyanko əlavə edib.

Briqada komandirinin sözlərinə görə, rusiyalı hərbçilər hücum əməliyyatlarının intihara bərabər olduğunu bilirlər.

“Onlar cəbhə xəttində irəliləyirlər, amma həmin əraziyə əlavə qüvvə göndərməli olurlar, çünki ilk hücumu həyata keçirənlər Ukrayna dronları vasitəsilə öldürülür. Müasir texnologiya ilə əvvəllər 50 rus hərbçini öldürə bilirdiksə, hazırda bu imkanımız 5 dəfə artıb”, – deyən komandir etiraf edib ki, Rusiyanın dron hücumları da təhlükəlidir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya 155 millimetrlik mərmilər göndərəcək. Bu isə Rusiyaya qarşı hücumları daha da effektiv səviyyəyə çatdıra bilər. 

İsrail ordusu İrana zərbələr endirməkdə davam edir - Baku TV

İsrail ordusu İrana zərbələr endirməkdə davam edir - Baku TV

Dünya
08 mart 2026 253 baxış
ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV

ABŞ hərbi bazası vuruldu | Regionda gərginlik davam edir - Baku TV

Dünya
08 mart 2026 253 baxış
İranda istehsalat sexi və atçılıq klubu hədəf alındı - Baku TV

İranda istehsalat sexi və atçılıq klubu hədəf alındı - Baku TV

Dünya
08 mart 2026 253 baxış
İraqda BMT-nin keçmiş qərargahı vuruldu

İraqda BMT-nin keçmiş qərargahı vuruldu

Dünya
08 mart 2026 253 baxış
Zərbələr nəticəsində 41 nəfər həyatını itirib

Zərbələr nəticəsində 41 nəfər həyatını itirib

Dünya
08 mart 2026 253 baxış
Londonda doğum səviyyəsi 20 faiz azalıb

Londonda doğum səviyyəsi 20 faiz azalıb

Dünya
08 mart 2026 253 baxış
Ukraynanın 3 şəhəri raket hücumuna məruz qaldı

Ukraynanın 3 şəhəri raket hücumuna məruz qaldı

Dünya
08 mart 2026 253 baxış
İran İsfahandakı uranı çıxarmağa hazırlaşır? - Baku TV

İran İsfahandakı uranı çıxarmağa hazırlaşır? - Baku TV

Dünya
08 mart 2026 253 baxış
İsrail ordusu Beyruta hava hücumu etdi: Ölənlər var - Baku TV

İsrail ordusu Beyruta hava hücumu etdi: Ölənlər var - Baku TV

Dünya
08 mart 2026 253 baxış
İsrail ordusu Beyruta hava hücumu etdi - Baku TV

İsrail ordusu Beyruta hava hücumu etdi - Baku TV

Dünya
08 mart 2026 253 baxış
Seçilmişlər
icon