Pleyeri seçin:

Ukraynanın bu şəhərində dəhşətli gecə | Müharibənin şiddəti artdı - Baku TV

14 yanvar 2026 436 baxış

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinə gecə saatlarında hücumları nəticəsində 4 nəfər ölüb.

Ukrayna Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib ki, zərbələr nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, son 24 saat ərzində Rusiya hərbi qüvvələri Ukraynanın enerji və nəqliyyat infrastrukturuna, hərbi hava limanlarına, uzaqmənzilli dron istehsalı və saxlama obyektlərinə, eləcə də Ukrayna Ordusunun məntəqələrinə qarşı 157 ərazidə zərbələr endirib.

Bundan əlavə, Rusiya qüvvələri Zaporojye bölgəsində daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.

Nazirlik həmçinin yanvarın 9-da Lvov Dövlət Aviasiya Təmiri Zavodunun "Oreshnik" raketi ilə hədəfə alındığını və bununla da zavodun sıradan çıxarıldığını bildirib.

Müəssisə Qərb müttəfiqləri tərəfindən təchiz edilən F-16 qırıcıları da daxil olmaqla, Ukrayna hərbi təyyarələrinin təmirini həyata keçirir və Rusiya ərazisinə qarşı istifadə edilən orta və uzaqmənzilli hücum dronları istehsal edir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından isə bildirilib ki, son bir gündə cəbhə xəttində 219 toqquşma qeydə alınıb və Ukrayna qüvvələri Pokrovsk və ətraf ərazilərdə 100-dən çox Rusiya hücumunu dəf edib.

Ukrayna qüvvələri həmçinin Rusiyanın 7 şəxsi heyəti və silah toplama məntəqəsini, eləcə də pilotsuz təyyarə idarəetmə stansiyasını vurduğunu açıqlayıb.

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 436 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 436 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 436 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 436 baxış
Hökumətlər yeni mənbələr axtarışındadır

Hökumətlər yeni mənbələr axtarışındadır

Dünya
16 sentyabr 2026 436 baxış
Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 436 baxış
Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 436 baxış
Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Dünya
16 sentyabr 2026 436 baxış
Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Dünya
16 sentyabr 2026 436 baxış
Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Dünya
16 sentyabr 2026 436 baxış
Seçilmişlər
icon