Pleyeri seçin:

Vaşinqton İran tərəfindən terror təhlükəsinin artması ilə bağlı xəbərdarlıq etdi - Baku TV

19 noyabr 2026 104 baxış

İranın ehtimal olunan terror fəaliyyəti ilə əlaqədar ABŞ-nin təhlükəsizliyinə yönələn təhdidlər əhəmiyyətli dərəcədə artıb.

Bunu ABŞ-nin Milli Kəşfiyyat direktoru Cey Kleyton Konqresin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində deyib.

"Bu təhdidlər əhəmiyyətli dərəcədə artıb. Həm xaricdəki, həm də ABŞ-dəki əməkdaşlarımız artan təhlükə ilə üzləşirlər", – deyə o, əlavə təfərrüat gətirmədən bildirib.

Cey Kleyton vurğulayıb ki, Amerika xüsusi xidmət orqanları həm ölkə daxilində, həm də ondan kənarda İranla əlaqəli olduğu ehtimal edilən sui-qəsdləri aşkarlamağa və qarşısını almağa davam edir.

Öz növbəsində, ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin bildirib ki, radikal islamçı qruplaşmalardan, o cümlədən xarici terror təşkilatları və ya Vaşinqtonun terrorun sponsoru hesab etdiyi dövlətlər tərəfindən maliyyələşdirilənlərdən gələn təhdid yüksək olaraq qalır. Bununla belə, onun sözlərinə görə, kimyəvi, bioloji, radioloji və nüvə silahlarının tətbiqi ilə bağlı ən ciddi təhdidlər hələlik, əsasən, niyyətlərlə məhdudlaşır, yaxud hazırlığın ilkin mərhələlərindədir.

Daxili təhlükəsizlik naziri həmçinin məlumat verib ki, 2025-ci il yanvarın 21-dən 2026-cı il sentyabrın 30-dək ABŞ-nin İmmiqrasiya və Gömrük Polisinin əməkdaşları terrorizmə aidiyyəti olmaqda şübhəli bilinən və ya ifşa edilən 2,6 mindən çox insanı saxlayıblar. Həmin dövr ərzində 2,7 mindən çox belə şəxs ölkədən deportasiya edilib.

Banner
"Hizbullah"ın raket istehsalı bazası vurulub

"Hizbullah"ın raket istehsalı bazası vurulub

Dünya
20 noyabr 2026 104 baxış
Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Berlin Ukrayna ilə bağlı razılaşmanın şərtlərini açıqladı

Dünya
20 noyabr 2026 104 baxış
Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Tehran raketlərin uçuş məsafəsini artırmaq imkanını açıqladı

Dünya
20 noyabr 2026 104 baxış
Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdi

Dünya
20 noyabr 2026 104 baxış
Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Tehran Vaşinqtonun İraq ssenarisini təkrarladığını bildirir

Dünya
20 noyabr 2026 104 baxış
Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Xalq Paşinyanı dəstəkləyəcək, yoxsa...? - Ermənistanda xaotik mənzərə - Baku TV CANLI

Dünya
20 noyabr 2026 104 baxış
Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Qədim qəbiristanlıqda yüzlərlə tabut aşkar edilib

Dünya
20 noyabr 2026 104 baxış
Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib

Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib

Dünya
20 noyabr 2026 104 baxış
Ağıllı texnologiyalara maraq satış göstəricilərində əksini tapıb

Ağıllı texnologiyalara maraq satış göstəricilərində əksini tapıb

Dünya
20 noyabr 2026 104 baxış
Qədim insan növünün yaşadığı ərazilər əvvəl düşünüldüyündən daha geniş ola bilər

Qədim insan növünün yaşadığı ərazilər əvvəl düşünüldüyündən daha geniş ola bilər

Dünya
20 noyabr 2026 104 baxış
Seçilmişlər
icon