Vens: “ABŞ İranla uzunmüddətli razılaşma əldə etməyə çalışacaq”
"ABŞ İranın nüvə proqramı da daxil olmaqla Tehranla uzunmüddətli razılaşma əldə etmək istiqamətində səylərini İsrailin mövqeyindən asılı olmayaraq davam etdirəcək".
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində deyib.
Vens bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı uzunmüddətli həll yolunun mümkün olduğuna inanır və belə bir sazişin ABŞ-nin maraqlarına uyğun olduğunu düşünür.
“Biz İranın nüvə proqramı ilə bağlı uzunmüddətli nizamlanmaya nail ola bilərik. Bu, İsrailin xoşuna gələ də bilər, gəlməyə də bilər. Lakin prinsip etibarilə biz hesab edirik ki, bu, ABŞ-nin maraqlarına cavab verir. Buna görə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – vitse-prezident vurğulayıb.
Vensin sözlərinə görə, Vaşinqton İranla mümkün razılaşmanın əldə olunmasını xarici siyasət prioritetlərindən biri hesab edir.
#Cey Di Vens teqi istifadə olunub
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
- İrandan ABŞ-yə sərt xəbərdarlıq | Trampın komandasında ara niyə qarışdı? - Baku TV
- İsrailin hava hücumları 1,38 milyard dollar ziyan vurub
- Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək
- Hörmüz boğazı ilə bağlı qərar | İran genişmiqyaslı yoxlamalara razılıq verəcək? - Baku TV
