Pleyeri seçin:
Vətən müharibəsində erməniləri dəstəkləyən jurnalist qətlə yetirildi
Rusiyanın “RİA Novosti” agentliyinin hərbi müxbiri Rostislav Juravlyov Ukraynada müharibə zonasında qətlə yetirilib.
Rusiya mediasının məlumatına görə, hərbi müxbir Zaporojye vilayətinin Vasilyevka şəhərindən Vladimirovka yaşayış məntəqəsinə gedən avtomobilin atəşə tutulması nəticəsində ölüb.
Qeyd edək ki, R.Juravlyov 44 günlük müharibə zamanı Azərbaycanın həmin vaxt işğal altındakı ərazilərinə qanunsuz səfər edən jurnalistlərdən olub. O, separatçı rejimi dəstəkləyərək sosial şəbəkə hesabında erməni terrorçuları ilə bağlı paylaşımlar edib.
Onu da bildirək ki, R.Juravlyovla yanaşı, agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı jurnalist xəstəxanaya yerləşdirilib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Putin və Tramp arasında telefon danışığı
- İyunun 4-dən etibarən ziyarətçilər üçün açılıb
- Rusiyada yaranan yanacaq qıtlığı ölkədə gərginliyə səbəb oldu - Baku TV CANLI
- Cənubi Qafqaz uğrunda böyük savaş: Rusiya, Avropa və İran hərəkətdə - AKTUAL GÜNDƏM
- "Ukrayna bu gün təkcə öz taleyini deyil, həm də..." | Ukraynanın silah istehsalçısı - Baku TV
