Pleyeri seçin:

Xamenei də Bəşər Əsədin yanına gedəcək? | Sensasiyalı iddiaların detalları üzə çıxdı

16 iyun 2025 384 baxış

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Aparat rəhbərinin müavini Əli Əsgər Hicazi bir neçə digər yüksək vəzifəli məmur ailələri ilə birgə ölkədən qaçmaq üçün Rusiya ilə danışıqlar aparır.

Belə bir sensasiyalı iddia ilə “Iran International” çıxış edib.

Məlumata görə, digər İran rəsmiləri də bu mövzuda Moskva ilə razılaşıblar. Həmin sayt hazırda Seyid Əli Xameneinin Lavizandakı bunkerdə gizləndiyi barədə də məlumat bölüşüb. Bəziləri isə onun da Bəşər Əsəd kimi Moskvaya qaçdığını iddia edir. Hər halda bu məlumatlar təsdiqlənməyib.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranın yüksək səviyyəli liderlərinin ölkədən qaçmağa hazırlaşdığı barədə məlumat əldə etdiklərini deyib. Əgər iddia edilənlər doğrudursa, İran rəsmilərinin bu planı xaos və hüquqi məsuliyyətdən qaçmağa xidmət edir.

Böyük ehtimalla Rusiya bu qaçışa qucaq açacaq. Moskvanın məqsədi ilk növbədə strateji gücünü qoruyub saxlamaqdır. Müttəfiqi İranın zəifləməsi fonunda Rusiya regionda daha da güclənməklə onun yerini tutmağa çalışacaq.

Rusiya bu yolla İranda qurulacaq yeni hökumətlə bazarlıq etmək və öz maraqlarını qorumaq imkanı da qazanacaq.

İslam Respublikasının başqa bir idarəçilik üsuluna keçidi barədə xəbərlər yayılsa da, bu, yaxın zamanlarda real görünmür. Heç İsrailin İslam İnqilabı zamanı devrilmiş Pəhləvilər sülaləsinin nümayəndələri ilə yaxın münasibət saxlaması da bu ehtimalı artırmır. Çünki insanlar hazırkı idarəçiliyə etiraz etsələr də, Seyid Əli Xamenei Pəhləvilər qədər çevriliş cəhdi ilə üzləşməyib.

Ən optimal variantlar İranın federasiya və ya liberal respublika olmasıdır. İranda hakimiyyətin tamamilə prezidentə verilməsi haqqında müzakirələr indi də aparılır. Amma SEPAH və mühafizəkar siyasi dairələr Ali Rəhbərin tərəfindədirlər.

Ərdoğan polşalı həmkarı ilə nələri müzakirə edib?

Ərdoğan polşalı həmkarı ilə nələri müzakirə edib?

Dünya
24 iyun 2026 384 baxış
“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

“Livanla bağlı danışıqlar İrandan ayrı aparılacaq” | Rubio

Dünya
24 iyun 2026 384 baxış
İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

İsveçdə zəhər əleyhinə dərman vasitələrinin çatışmazlığı yaşanır

Dünya
24 iyun 2026 384 baxış
Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Qırğızıstan və Özbəkistan arasında torpaq mübadiləsi həyata keçirildi

Dünya
24 iyun 2026 384 baxış
Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Ölkə plastik cərrahiyyənin qlobal mərkəzinə çevrilir

Dünya
24 iyun 2026 384 baxış
“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

“Livan ərazisindən qoşunlarını çıxarmağa başlamalıdır” | Makron

Dünya
24 iyun 2026 384 baxış
Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Temperaturu 4 dərəcədən çox aşağı salmaq qabiliyyətinə malikdir

Dünya
24 iyun 2026 384 baxış
Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Ukrayna Prezidentindən Rusiya barədə təcili çağırış - Baku TV CANLI

Dünya
24 iyun 2026 384 baxış
ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

ABŞ və İsrailin birlikdə yaratdığı plan dağılır? - 24 SAAT

Dünya
24 iyun 2026 384 baxış
İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV

İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV

Dünya
24 iyun 2026 384 baxış
Seçilmişlər
icon