Xarkovda dəhşət yaşandı | Rusiya Ordusundan şiddətli zərbələr
Rusiya silahlı qüvvələri iyulun 10-dan 11-nə keçən gecə Ukraynaya dronlarla hücum edib.
Daha çox Xarkov atəşə tutulub. Ən azı 9 nəfər yaralanıb, doğum evi və yaşayış evlərinə ziyan dəyib.
Ukrayna Hərbi Hava Qüvvələrindən vurğulanıb ki, Rusiya tərəfi səhər saatlarında “Şahed” PUA-ları ilə hücuma davam edib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, hava hücumundan müdafiə sistemləri iyulun 10-u saat 23:00-dan 11-i səhər saat 7-yə qədər Ukraynaya məxsus təyyarə tipli 155 PUA-nı məhv edib.
Kursk səmasında 53 dron zərərsizləşdirilib. Bryanskda 19, Smolenskdə 15, Belqorodda 14, Tulada 13, Moskva və Oryolda 11 PUA vurulub.
Ukraynaya aid dronların digərləri Krım, Lipetsk, Rostov, Kaluqa və Qara dəniz üzərində məhv edilib. Tulaya PUA hücumu nəticəsində 1 nəfər ölüb, yaralanan da olub.
#Xarkov teqi istifadə olunub
