Pleyeri seçin:
Atəş altında qalan ukraynalılar danışdı | "Qapılar, pəncərələr yerindən çıxdı"
Rusiya Ordusu Xarkov şəhərini idarəolunan hava bombaları və dronlarla intensiv atəşə tutub. Zərbələrdən biri 100-dən çox xəstənin olduğu Saltov rayonundakı xəstəxananın ərazisinə düşüb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, xəstəxana binasına və ətrafdakı qarajlara, avtomobillərə ciddi ziyan dəyib. Atəş altında qalan sakinlər dəhşətli anları təsvir edərək partlayışın gücündən "qapılar, pəncərələr yerindən çıxdı" deyiblər. Xəsarət alan Nadejda Mişneva şüşə qırıqlarının bədəninə batdığını və hər yerin qan içində olduğunu bildirib. Hücum nəticəsində 3 rayonda 30 min insan işıqsız qalıb.
Kopyalandı
