Pleyeri seçin:
Yəmənin bombalamasına cavab olaraq ABŞ-yə qarşı etiraz aksiyası keçirildi
Yəmənin qərbində yerləşən Hodeyda əyalətində ABŞ-nin endirdiyi hava zərbələri nəticəsində həlak olanların dəfn mərasimi keçirilib. Ardınca kütləvi etiraz aksiyası təşkil olunub.
Nümayiş iştirakçıları hücumların mülki şəxsləri və mülki obyektləri hədəf almasını sərt şəkildə qınayıblar. Bu cür hücumlara son qoyulmasını tələb ediblər.
Qeyd edək ki, ABŞ hərbi hava qüvvələri ötən gecə paytaxt Səna və ətraf ərziləri, eləcə də Rəs İsa yanacaq limanına çox saylı aviazərbələr endirib. Nəticədə 80 nəfərdən çox insan həlak olub, 200-ə yaxın şəxs yaralanıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
