Pleyeri seçin:

Zalujnı müharibənin bilinməyənlərini açıqladı | Ukrayna bu halda Rusiyaya qalib gələcəkdi

18 oktyabr 2024 291 baxış

“Qərb tərəfdaşları silahı kifayət qədər və vaxtında versəydilər, Ukrayna 2023-cü ildə Rusiyanı məğlub edə bilərdi”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Kiyevin Londondakı səfiri Valeri Zalujnı “Chatham House” analitik mərkəzindəki çıxışında deyib.

“Son 10 ildə biz özümüzə arxalanaraq müstəqillik uğrunda mübarizə aparırıq. Rusiya ilə tammiqyaslı müharibə üç ilə yaxın davam edib, 30 mindən çox insan həlak olub. Amma biz sivil Qərb dünyasında, azadlıqda yaşamaq istədiyimiz üçün mübarizəmizi davam etdiririk”, – V.Zalujnı bildirib.

Onun sözlərinə görə, müharibə Qərbin qlobal təhlükəsizlik sistemlərini qorumaq istəməməsinin nəticəsində başladı:

“Rusiya 2008-ci ildən “yaxın xaric” adlanan yer uğrunda mübarizəyə başladıqdan sonra Qərbin zəifliyindən istifadə edir. 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya qarşı müharibə oldu. Qərbi qorxutmaq üçün Putin nüvə silahından danışır. Qərb siyasətçiləri Putinin təhdidlərindən qorxaraq daim təkrarlayırlar ki, gərginliyin qarşısını almaq lazımdır, ona görə də Ukraynaya daha az kömək edirlər. Nüvə silahı təhdidlərinə görə Qərb Kiyevi vaxtında kifayət qədər silahla təmin etmədi. Ona görə də 2023-cü ildə biz Rusiyanı məğlub edə bilmədik və tükəndirmə müharibəsinə çatdıq. 2023-cü ildə biz müharibəni bitirmək şansını əldən verdik”.

Keçmiş komandanın sözlərinə görə, Ukraynanın NATO-nun təhlükəsizlik təminatından başqa alternativi yoxdur:

“Bu məsələdə Volodimir Zelenskini dəstəkləyirəm. Müharibə resursların mübarizəsidir və insanlar da bir resursdur. Putin müharibəyə hər il 120-130 milyard dollar xərcləyir və eyni zamanda hər biri 500 dollara mərmi alır. Döyüş meydanına baxanda Ukraynanın bu qədər müqaviməti möcüzədir. Vəziyyət bundan da pis ola bilərdi”.

Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV

Gizli danışıqlarda nə baş verdi? - ABŞ Omanı "oyun"dan kənarlaşdırdı - Baku TV

Dünya
16 iyun 2026 291 baxış
ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

Dünya
16 iyun 2026 291 baxış
Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Rusiyada bombardmançı təyyarənin qəzaya uğradığı anlar

Dünya
16 iyun 2026 291 baxış
"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

"İranın nüvə silahı olmayacaq" | Netanyahudan İrana nüvə xəbərdarlığı - Baku TV

Dünya
16 iyun 2026 291 baxış
Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Memorandum tam icra olunarsa, regionda yeni şərait yaranacaq

Dünya
16 iyun 2026 291 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Vaşinqton Tehrana qarşı sanksiyaları azaldacaq?

Dünya
16 iyun 2026 291 baxış
“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

“Kiyev danışıqlar prosesinin başlamasına razılıq verib”

Dünya
16 iyun 2026 291 baxış
Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Pentaqon sənədləri məxfilikdən çıxarmağa davam edib

Dünya
16 iyun 2026 291 baxış
Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Türkiyə Prezidenti ABŞ-İran danışıqlarına toxunub

Dünya
16 iyun 2026 291 baxış
Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Qızılı parça 2 min il idi ki, yoxa çıxmışdı

Dünya
16 iyun 2026 291 baxış
Seçilmişlər
icon