Pleyeri seçin:

Zaxarova Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığından danışdı

04 dekabr 2024 346 baxış

“İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur. Bu, simvolik deyil, olduqca praktiki zərərdir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dekabrın 4-də keçirdiyi brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən deyib.

“Əgər Ermənistanın BCM ilə əməkdaşlığı, həqiqətən də, hansısa beynəlxalq normaların tətbiqinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardı. Lakin bu “psevdo məhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir.

Bu orqanın həll etməyə çalışdığı problemlərin heç biri həllini tapmayıb. Dəstək və əməkdaşlığa dair bəyanatlar sadəcə olaraq bu qondarma məhkəməni yeni avantüralara sövq edir”, – deyə M.Zaxarova bildirib.

O qeyd edib ki, Moskvanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı mövqeyi çoxdan müəyyən edilib:

“BCM effektiv fəaliyyət göstərmək iqtidarında deyil, düzgün təşkil olunmayıb, bəyan edilmiş funksiyalarını yerinə yetirmir və iddia etdiyi vəzifələri həll etmək səlahiyyətinə malik deyil. Uzun illər öncə verdiyimiz proqnoz özünü doğruldub. Mənə elə gəlir ki, bu qurum bilərəkdən əsassız iddialara hüquqi don geyindirə bilmək üçün yaradılıb”. 

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Dünya
22 sentyabr 2026 346 baxış
Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Dünya
22 sentyabr 2026 346 baxış
185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

Dünya
22 sentyabr 2026 346 baxış
Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 346 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 346 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 346 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 346 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 346 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 346 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 346 baxış
Seçilmişlər
icon