Dünya
Pleyeri seçin:
Zaxarova Türkiyədə 2016-cı ildə baş verən çevriliş cəhdindən danışdı
“Rəsmi Moskvadan Ankaraya dəstək iki ölkə arasında diplomatik kanallarla sakit, səssiz şəkildə edilmişdi. Biz nə efirlərdə, nə də mikrofonlara bu barədə bağırdıq. Bunu dostluq münasibətlərimiz naminə etdik. Çünki bizim maraqlarımıza uyğun deyil. Biz etdik, biz bacardıq deyə car çəkmədik”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə dövlət çevrilişinə mümkün hazırlıq barədə məlumatı şərh edərkən bildirib.
“Rusiya və Türkiyə arasında etibarlı sıx münasibətlər var. Türkiyədəki mövcud duruma gəldikdə isə düşünürəm ki, bu cür sualları aidiyyəti qurumlar cavablandırsa, yaxşıdır. Əlimizdə əlavə məlumatlar olduqca mütləq onu ictimaiyyətlə paylaşacağıq”, – o qeyd edib.
Kopyalandı
Seçilmişlər