Pleyeri seçin:

Zelenski Ermənistana niyə gedə bilməyəcək?

01 mart 2024 143 baxış

Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də İrəvana gözlənilən səfəri ləğv edilib.

Erməni mediasının məlumatına görə, İrəvan V.Zelenskinin “regiona səfər edəcəyi təqdirdə” ölkəyə gəlməsinə razılıq verib. Region səfəri baş tutmadığı üçün isə Ermənistana da səfəri ləğv edilib.

Qeyd edək ki, Ukraynanın İrəvandakı müvəqqəti işlər vəkili Valeri Lobax hələ bu xəbər yeni yayılan zaman səfərin mümkünlüyündən çəkinərək V.Zelenskinin regiona gəlməyinin baş tuta bilmə ehtimalına şübhə ilə yanaşmışdı.

Səfərin baş tutmamasına ən çox sevinən isə “Ermənistan” fraksiyasından olan müxalifətçi deputat Areqnaz Manukyan olub. Onun sözlərinə görə, Ukrayna Prezidentinin Ermənistana səfəri İrəvanla Moskva arasında onsuz da bərbad olan münasibətləri daha da korlayacaqdı:

"Xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün V.Zelenskinin Ermənistana səfərini təşkil etmək istəyir. Bu səfər baş tutsa, Ermənistanla Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi olacaq. Baş nazir Nikol Paşinyan özünü erməni tarixində fədakar biri kimi göstərməyə çalışır. “Erməni V.Zelenski və ya M.Saakaşvili” olmaq istəyir”.

Xatırladaq ki, V.Zelenskinin mümkün səfəri ilə bağlı xəbərlər Baş nazir Nikol Paşinyanın Almaniya və Fransaya son səfərləri zamanı Rusiyaya qarşı tənqidlərini artırdıqdan sonra yayılıb. Xüsusilə N.Paşinyan ilk dəfə Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib.

Bildirib ki, bu, 1991-ci ilin dekabrında qəbul olunan yeni müstəqillik qazanan respublikaların bir-birinin sovet dövründən qalma sərhədlərinin tanınması ilə bağlı bəyannamənin pozulduğu hal kimi qəbul olunur.

Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Öcalan Mazlum Kobaniyə məktub yazdı – “Onları təşkilatdan uzaqlaşdır”

Dünya
23 dekabr 2025 143 baxış
Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dondurulmuş milyardlarla pulun Ukraynaya yönəldilməsi barədə ciddi qarşıdurma yaşanır

Dünya
23 dekabr 2025 143 baxış
Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Finlandiyada maralların tələfatının səbəbi müharibədir?

Dünya
23 dekabr 2025 143 baxış
Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Ukrayna üçün tarixi qərar | Zelenski sülh üçün şərtləri açıqladı - Baku TV

Dünya
23 dekabr 2025 143 baxış
Kobaxidze Rusiya-Gürcüstan münasibətlərindən danışdı

Kobaxidze Rusiya-Gürcüstan münasibətlərindən danışdı

Dünya
23 dekabr 2025 143 baxış
Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanacaq?

Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanacaq?

Dünya
23 dekabr 2025 143 baxış
“Forbes”dən Budanov barədə maraqlı məlumat

“Forbes”dən Budanov barədə maraqlı məlumat

Dünya
23 dekabr 2025 143 baxış
Zelenski Rusiyanın mümkün genişmiqyaslı hücumu barədə xəbərdarlıq edib

Zelenski Rusiyanın mümkün genişmiqyaslı hücumu barədə xəbərdarlıq edib

Dünya
23 dekabr 2025 143 baxış
Kobaxidze Rusiya ilə münasibətlərdən danışıb

Kobaxidze Rusiya ilə münasibətlərdən danışıb

Dünya
23 dekabr 2025 143 baxış
ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək

ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək

Dünya
23 dekabr 2025 143 baxış
Seçilmişlər
icon