32 yaşlı qadın Bulvarda intihara cəhd edib

Hadisə
23 May 2019, 22:10
22.5k

Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.

32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb. Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.

N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Onun hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

ŞƏRH YAZ