Pleyeri seçin:
Abşerondakı ağır qəzada həlak olan futbolçular barədə təcili məlumat - Baku TV
İyulun 29-da Abşeronda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Lökbatan-Qobu yolunda qeydə alınıb.
Məlumata görə, Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobillə Mais Ağaverdiyevin idarə etdiyi yük avtomobili toqquşub. Qəza nəticəsində Rauf Hüseynov və onun avtomobilində sərnişin olan Bəhruz Sultanov həyatını itirib. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb.
Hadisə şahidlərinin sözlərinə görə, minik avtomobilinin sürücüsü ötmə əməliyyatı etmək istəyib və bu zaman yük avtomobilinə çırpılıb.
Qeyd edək ki, hər iki mərhum “Qobu” Peşəkar Futbol Klubunun əməkdaşı olub. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Kopyalandı
#Lökbatan teqi istifadə olunub
- Lökbatanda uzun müddətdir təmir olunmayan yol sakinləri narahat edir
- Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV
- Lökbatanda ölümlə üz-üzə | Sürücüləri gözləyən təhlükə - Baku TV
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- "Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
