Pleyeri seçin:
Ailəvi restoranda zəhərlənənlərlə bağlı həkimdən açıqlama
Ağstafada ailəvi restoranların birində qidadan müxtəlif saatlarda kütləvi zəhərlənmə halı qeydə alınıb.
10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onlardan 2-si kişi, 8-i qadındır.
Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərə zəruri tibbi yardım göstərilib, 3 nəfər ambulator müalicə üçün evə buraxılıb, 7 nəfərin isə müalicəsi davam etdirilir. Xəstələrin vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb olunub. Restoranda qidalardan nümunələr götürülərək labarotoriyaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Ağstafa teqi istifadə olunub
- Ana niyə 3 uşağını atıb evdən getdi? | "Bəhanədir, hazırlaşıb, qızılları da aparıb..."
- "Dedi ki, tez özünü çatdır, ana rəhmətə gedib" | 74 yaşlı qadın dəhşətli hadisənin qurbanı oldu
- Kənd sakinlərinin yuxusu niyə ərşə çəkilib? | Ağstafada polis hərəkətə keçdi
- Ağstafada dəhşətli hadisə | 41 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb
- Qərb bölgəsində dabaq xəstəliyi fermerlərə böyük ziyan vurdu
