Pleyeri seçin:

Axşam harada qalacağımı bilmirəm | Hacıqabul sakinləri çarəsiz vəziyyətdə

12 oktyabr 2024 379 baxış

Oktyabrın 12-si səhər saatlarından başlayan güclü yağış Hacıqabul rayonunda selə səbəb olub. Sel suları xüsusilə rayon mərkəzində yerləşən evlərin həyətlərinə dolub.

Evlərini tərk edən sakinlər onlara xeyli ziyan dəydiyini bildiriblər.

“Divanda yatmışdım, gördüm ki, ayağıma su dəydi. Evim suyun içindədir. Axşam harada qalacağımı bilmirəm”, – deyə sakin söyləyib.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bildirilib ki, sel suları rayon mərkəzində 150-dən çox fərdi yaşayış evinə ziyan vurub. Rayonun bir hissəsinə elektrik verilişi dayandırılıb.

Bundan əlavə, rayon ərazisindən keçən dəmiryolu xəttinə də ziyan dəyib. Qatarların hərəkətində müəyyən fasilələr yaranıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən də açıqlama verilib.

Bildirilib ki, qurum regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti və yağan leysan xarakterli güclü yağışlar səbəbindən Hacıqabul stansiyası ərazisində dəmiryol xətlərindən sel keçməsi ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

Bununla əlaqədar ərazidə infrastruktura baxış keçirilib. Bu səbəblə qatarların qrafikində qismən gecikmə halları müşahidə olunub.

“Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaları xahiş edilir”, – deyə qurumdan bildirilib.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 379 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 379 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 379 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 379 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 379 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 379 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 379 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 379 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 379 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 379 baxış
Seçilmişlər
icon