Pleyeri seçin:
Bakının Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarında yanğın olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb və mürəkkəbliyinə baxmayaraq, geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Nazirlikdən verilən məlumata görə, hadisə yerində heç bir xəsarət faktı qeydə alınmayıb: “Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılacaq və ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcək” .
Kopyalandı
#Nərimanov rayonu teqi istifadə olunub
- Maşının üstünə çıxır, altına girir | Siçanların əlindən təngə gələn sakinlər - Baku TV
- Bakıda daha bir çoxmərtəbəli binada yanğın baş verdi | FHN hadisə yerində
- Nərimanovda qorxulu anlar | Sakinlər yaşadığı dəhşətdən danışdı
- Partlayışda yaralananların son vəziyyəti açıqlandı
- “Hamısı töküldü üstümə, məni qan aparırdı” | Nərimanovdakı partlayışda yaralanan şəxs danışdı
