Balaxanıda qandonduran cinayət | Baş Prokurorluqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qətl hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 27 yaşlı Bəxtiyar Vəliyev aralarında yaranan mübahisə zamanı 25 yaşlı həyat yoldaşı Xumar Həsənliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə Bəxtiyar Vəliyev Sabunçu rayon prokurorluğu tərəfindən həmin Məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#Balaxanı qəsəbəsi teqi istifadə olunub
- Balaxanıda keçirilən "Balqabaq Festivalı" ziyarətçilərə maraqlı anlar yaşadır - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- “Hələ nələr olacaq, onu Allah bilir" | Balaxanıda faciə: "Hamısında da elə vurublar ki..." - Baku TV
- Ərazidə piyada zolağı, dayanma və durma nişanı yoxdur?
- Ərazini zibillik poliqonuna çevirənlər kimlərdir? - Baku TV
