Pleyeri seçin:

Bu istirahət mərkəzi bağlandı | FHN-in yoxlamasında ortaya çıxdı ki...

17 mart 2025 406 baxış

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli “Qayi Bulaq” istirahət mərkəzinin fəaliyyətini dayandırıb.

FHN-in mətbuat xidmətindən verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb; obyektdə standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib; obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; təxliyə planı mövcud deyil; obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Qayi Bulaq” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Şərurda qadının ölümü ilə bağlı ər qətli törətməkdə şübhəli bilinir - Baku TV

Şərurda qadının ölümü ilə bağlı ər qətli törətməkdə şübhəli bilinir - Baku TV

Hadisə
01 avqust 2026 406 baxış
Dənizdə baş verən hadisənin təfərrüatları araşdırılır - Baku TV

Dənizdə baş verən hadisənin təfərrüatları araşdırılır - Baku TV

Hadisə
01 avqust 2026 406 baxış
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi - Baku TV

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi - Baku TV

Hadisə
01 avqust 2026 406 baxış
Xalq şairi Nəriman Həsənzadə vəfat etdi - Baku TV CANLI

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi - Baku TV CANLI

Hadisə
01 avqust 2026 406 baxış
Göyçayda Şirvan suvarma kanalı yarıldı, sahələri su basdı - Baku TV

Göyçayda Şirvan suvarma kanalı yarıldı, sahələri su basdı - Baku TV

Hadisə
01 avqust 2026 406 baxış
Hadisə nəticəsində xəsarətalan olmayıb

Hadisə nəticəsində xəsarətalan olmayıb

Hadisə
31 iyul 2026 406 baxış
Binanın qarajında 35 yaşlı şəxs qətlə yetirilib

Binanın qarajında 35 yaşlı şəxs qətlə yetirilib

Hadisə
31 iyul 2026 406 baxış
"Port Baku"da ev yanır | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV

"Port Baku"da ev yanır | Əməkdaşımız hadisə yerindən son məlumatları çatdırdı - Baku TV

Hadisə
31 iyul 2026 406 baxış
Söz-söhbətin axırı qanla bitdi | Xətai rayonunda faciəvi hadisə - Baku TV CANLI

Söz-söhbətin axırı qanla bitdi | Xətai rayonunda faciəvi hadisə - Baku TV CANLI

Hadisə
31 iyul 2026 406 baxış
Xətai rayonunda dəhşətə gətirən qətl | Hadisə yerindən anbaan görüntülər - Baku TV

Xətai rayonunda dəhşətə gətirən qətl | Hadisə yerindən anbaan görüntülər - Baku TV

Hadisə
31 iyul 2026 406 baxış
Seçilmişlər
icon