Pleyeri seçin:

Buzovnada 3 nəfəri qətlə yetirən şəxsə ağır cəza verildi

11 mart 2024 302 baxış

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub.

Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib. Nofəl Səfərov ömürlük azadlıqdan məhrum edilib. Ötən prosesdə dövlət ittihamçısı Orxan Səmədov məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Həmin gün saat 20 radələrində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu – 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı – 1945-ci il təvəllüdlü Şahirə Muradova kəsici alətlə qətlə yetirilib, nəvəsi – 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nofəl Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7 – iki və ya daha çox şəxsi öldürmə və 120.2.11-ci – quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.

Tərtərdə 19 yaşlı qadın həkim səhlənkarlığından həyatını itirdi? - Baku TV

Tərtərdə 19 yaşlı qadın həkim səhlənkarlığından həyatını itirdi? - Baku TV

Hadisə
14 mart 2026 302 baxış
Qadınların görüntülərini montaj edib pul tələb edən gənc saxlanıldı - Baku TV

Qadınların görüntülərini montaj edib pul tələb edən gənc saxlanıldı - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Cərrah dedi, qızı öldürmüsünüz, nəyinə baxacağam? | Qohumlar göz yaşlarını saxlaya bilmədi - Baku TV

Cərrah dedi, qızı öldürmüsünüz, nəyinə baxacağam? | Qohumlar göz yaşlarını saxlaya bilmədi - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
"Yıxılanda ağaca dəyib, onda da..." - Dəhşət: 13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı - Baku TV

"Yıxılanda ağaca dəyib, onda da..." - Dəhşət: 13 yaşlı qız 9-cu mərtəbədən yıxıldı - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Bakıda qandonduran hadisə | Məktəbdə qan töküldü | 9-cu sinif şagirdi kimi bıçaqladı? - Baku TV

Bakıda qandonduran hadisə | Məktəbdə qan töküldü | 9-cu sinif şagirdi kimi bıçaqladı? - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
"Oğlu əyilib, qaz sızıb içəriyə" | Sumqayıtdakı partlayış sakinlərə dəhşət yaşatdı - Baku TV

"Oğlu əyilib, qaz sızıb içəriyə" | Sumqayıtdakı partlayış sakinlərə dəhşət yaşatdı - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Xocavənddə bədbəxt hadisə | 58 yaşlı çoban minaya düşərək həlak olub - Baku TV

Xocavənddə bədbəxt hadisə | 58 yaşlı çoban minaya düşərək həlak olub - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV

21 illik ərini qətlə yetirən qadın hadisənin təfərrüatlarını danışdı - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Xocavənd rayonunda mina hadisəsi baş verib - Baku TV

Xocavənd rayonunda mina hadisəsi baş verib - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Yevlaxda bədbəxt hadisə | Azyaşlı kanala düşdü - Baku TV

Yevlaxda bədbəxt hadisə | Azyaşlı kanala düşdü - Baku TV

Hadisə
13 mart 2026 302 baxış
Seçilmişlər
icon