Dənizdə batan şəxsin axtarışlarına helikopter cəlb olundu
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edirlər.
#Xəzər dənizi teqi istifadə olunub
- Çimərliklərin ödənişli olması narazılığa səbəb olub | Ekspertlərdən açıqlama - Baku TV
- "Bir balaca irəli getsən, dəniz aparar" | Küləkli havada özlərini riskə atanlar danışdı - Baku TV
- Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV
- Bakını toza basdıran nədir: külək, karxanalar, yoxsa nəzarətsizlik? - AKTUAL GÜNDƏM
- Xəzərə hücuma görə Moskva və Aşqabaddan Ukraynaya xəbərdarlıq - Baku TV
