Çimərliklərin ödənişli olması narazılığa səbəb olub | Ekspertlərdən açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Keçən günlərdə Baku TV-də yayımlanan “Aktual Gündəm” verilişində Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi ölkə ərazisində 90-a yaxın çimərlik olduğunu və onlardan yalnız yeddisinin ödənişsiz fəaliyyət göstərdiyini bildirib. Bu məsələ öz növbəsində ciddi suallar doğurur. Çünki tez-tez çimərliklərin iş adamları tərəfindən zəbt olunmasından və ödənişli olmasından narazılıqlar səsləndirilir.
Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşərkən çimərliklərə girişin ödənişsiz təşkil olunmasının vacibliyini vurğulayıblar.
“Çimərliyə giriş ödənişsiz, amma xidmətlərdən istifadə ödənişli olmalıdır”, – vətəndaşlardan biri söyləyib.
Bəs çimmək üçün qadağan edilən ərazilər hansı meyarlarla müəyyən edilir?
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən bildirilib ki, onlar tərəfindən yalnız təhlükəsizlik məsələlərinə baxılır və vətəndaşlara burada çimməyin təhlükəli olduğu deyilir. Çimərliklərin ümumi sayına gəlincə isə “Aktual Gündəm” verilişində səsləndirilən rəqəmlərin təxmini say olduğu qurum tərəfindən qeyd olunub.
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
- Xəzəryanı dövlətlər ekoloji problemlərin həlli üçün bir araya gəldilər - Baku TV
- Şimal–Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?
