Pleyeri seçin:

Dövlət orqanlarına qarşı qalmaqallı kibercinayətin detalları üzə çıxdı

11 sentyabr 2024 150 baxış

Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır.

"Report"un əldə etdiyi məlumata görə, sentyabrın 11-də Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən Dünyamalıyev Cavid İlqar oğlunun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib.

Məlum olub ki, Cavid Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb.

Daha sonra isə "TikTok" və "Telegram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd göstəriblər. Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi informasiyalarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb.

Məhkəmənin qərarı ilə Cavid Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.

Tovuzda 49 yaşlı kişi kanala düşərək həyatını itirdi - Baku TV

Tovuzda 49 yaşlı kişi kanala düşərək həyatını itirdi - Baku TV

Hadisə
17 yanvar 2026 150 baxış
Tovuzda dəhşətli hadisə | Bağça müdiri bıçaqlandı - Baku TV

Tovuzda dəhşətli hadisə | Bağça müdiri bıçaqlandı - Baku TV

Hadisə
17 yanvar 2026 150 baxış
Məsciddə qətl törədən şəxs məhkəmədə danışdı - Baku TV

Məsciddə qətl törədən şəxs məhkəmədə danışdı - Baku TV

Hadisə
17 yanvar 2026 150 baxış
Dəm qazının növbəti qurbanı | 45 yaşlı kişi həyatını itirdi - Baku TV

Dəm qazının növbəti qurbanı | 45 yaşlı kişi həyatını itirdi - Baku TV

Hadisə
17 yanvar 2026 150 baxış
Yevlaxda mübahisə qanla bitdi | Hadisənin detalları məlum oldu - Baku TV

Yevlaxda mübahisə qanla bitdi | Hadisənin detalları məlum oldu - Baku TV

Hadisə
17 yanvar 2026 150 baxış
Yasamalda yaşayış binasında yanğın oldu - Baku TV

Yasamalda yaşayış binasında yanğın oldu - Baku TV

Hadisə
16 yanvar 2026 150 baxış
Lənkəranda qanlı dava | Qardaşların mübahisəsi qorxulu anlara səbəb oldu - Baku TV

Lənkəranda qanlı dava | Qardaşların mübahisəsi qorxulu anlara səbəb oldu - Baku TV

Hadisə
15 yanvar 2026 150 baxış
Sabunçudakı tükürpərdən hadisə | Ana qızını görün nəyin üstündə bıçaqladı - Baku TV

Sabunçudakı tükürpərdən hadisə | Ana qızını görün nəyin üstündə bıçaqladı - Baku TV

Hadisə
15 yanvar 2026 150 baxış
Gəncədə dəhşətə gətirən hadisə | "Səssiz qatil" ölümə səbəb oldu - Baku TV

Gəncədə dəhşətə gətirən hadisə | "Səssiz qatil" ölümə səbəb oldu - Baku TV

Hadisə
15 yanvar 2026 150 baxış
Binəqədidə yaşayış binasında dəhşətli yanğın | Hadisə yerindən görüntülər - Baku TV

Binəqədidə yaşayış binasında dəhşətli yanğın | Hadisə yerindən görüntülər - Baku TV

Hadisə
15 yanvar 2026 150 baxış
Seçilmişlər
icon