Güclü yanğından sonrakı mənzərə | Sumqayıtda dəhşətli hadisə
Sumqayıt şəhəri, N.Nərimanov küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.
Yanğınsöndürənlər tərəfindən yanğın baş vermiş mənzildə həyatı təhlükədə qalmış 1 nəfər avtonərdivan vasitəsilə xilas olunub, bina sakinləri təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
#Sumqayıt teqi istifadə olunub
- Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV
- Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV
- Şəhid anasını və oğlunu söyən şəxsin sonu
- 11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı
- Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV
