Pleyeri seçin:
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanıldı
İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Fevralın 26-da saat 19:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Kopyalandı
#Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- DSX əməliyyat keçirdi | Qaçaqmalçılığın qarşısı alındı - Baku TV CANLI
- Dövlət Sərhəd Xidməti İranla sərhəddə təcili əməliyyat keçirdi - Baku TV CANLI
- İlham Əliyev DSX-nin bir sıra hərbi qulluqçularını təltif etdi - Baku TV
- DSX məlumat yaydı: Hava sərhədini pozan PUA məhv edildi - ANA XƏBƏR
- DTX İrana işləyən terrorçuların "başını əzdi" - 24 SAAT
