İrandan gətirilən qarpızın içində elə bir şey tapıldı ki... | DGK əməliyyat keçirdi
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.
Narkotik vasitələrin qeyri-adi üsulla – qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Yüklər Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya aparılırmış. Yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada gömrük nəzarətindən gizlədilən qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə – qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
#Narkotik əməliyyatı teqi istifadə olunub
- Kuryer "iş başında" tutuldu | Qaradağdakı əməliyyatdan anbaan görüntülər
- Şok hadisənin ifşası | Kafel yapışdırıcısı adı ilə görün nələri daşımaq istədilər
- TIR sürücüsü saxlanıldı | Dəhşətli əməli ortaya çıxdı
- Narkotik alveri edən şəxsin əməlləri üzə çıxdı
- Polisdən Astarada silsilə əməliyyat | Narkotacirlər necə yaxalandı?
