Pleyeri seçin:

Keçmiş məhkum cəzası bitməmiş görün nələr etdi | Binədə dəhşətli cinayət

21 may 2024 471 baxış

2022-ci il yanvarın 7-də Xəzər Rayon Polis İdarəsinə gəlib təslim olan 1965-ci il təvəllüdlü Zaur Kazımov polis əməkdaşına cinayət törətdiyi bıçağı təqdim edərək tanışını öldürdüyünü bildirib. Hadisənin Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 3 ünvanında baş verdiyi məlum olub.

Oturacaqların qarşısında, döşəmə üzərində Zaur Cəbrayılovun kürəyi üstə, uzanıqlı vəziyyətdə meyiti, cəsədin döş qəfəsində yara və ətrafda qan ləkələri aşkar edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, o, kəskin qanitirmədən həyatını itirib. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Zaur Kazımov bildirib ki, 1992-ci ildə yaşadığı Binə qəsəbəsində qətl törədib və bu əməlinə görə 9 il müddətinə azadlıqdan məhrum olunub. Narkotik vasitələrdən istifadə etdiyinə görə 2009-cu ildə həbs edilib və bir il cəza çəkib. 2021-ci ilin oktyabr ayında yenə üzərində narkotik maddə ilə tutulub və bu dəfə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Cəzası bitməmiş bu cinayəti törədib.

O, Zaur Cəbrayılovla yaşadığı Binə qəsəbəsində 2 il əvvəl tanış olub. Tanışı Z.Cəbrayılov da oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Yanvarın 7-də məhəllədə Zaur Cəbrayılov öz tanışları ilə spirtli içki qəbul edib. Həmin vaxt Zaur Kazımov da orada olub. Oturduğu yerdən heç bir səbəb olmadan ona söz atanda sözlərinə fikir verməsini bildirib. Hətta həmin vaxt ətrafında olanlar da Z.Cəbrayılova irad tutublar.

Təkbətək söhbət etməyi təklif edən Zaur Kazımov heç bir söz demədən cibindən çıxardığı bıçaqla Z.Cəbrayılovun döş qəfəsinə zərbə vurub və daha sonra polisə təslim olub. Məhkəmə iclasında Zaur Kazımov ittiham üzrə özünü təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hacıqabulda dəhşətə gətirən qəza baş verdi

Hadisə
16 dekabr 2025 471 baxış
Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Biləsuvarda gizlədilən cinayət üzə çıxdı - 24 SAAT

Hadisə
16 dekabr 2025 471 baxış
Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Azərbaycan Universitetində tələbə yıxılaraq xəsarət aldı - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Qubada dəm qazı müəllimin həyatına son qoydu - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Öldüyü deyilən 72 yaşlı qadınla bağlı dəhşət | Qandonduran cinayətin təfərrüatı - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

“Girib hamısını məhv ediblər” | Kürdəmir sakini dəhşətli hücumdan danışdı - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Biləcəridə evlərin bünövrəsi niyə çökdü? | Qurumdan açıqlama - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Balakənin sabiq icra başçısının cinayət əməlləri ifşa olunub

Hadisə
15 dekabr 2025 471 baxış
Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Balakənin sabiq icra başçısı saxlanıldı | DTX əməliyyat görüntülərini yaydı - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

“Vurmuşdular, asfaltın ortasında idi” | Goranboyda dəhşətli hadisə - Baku TV

Hadisə
15 dekabr 2025 471 baxış
Seçilmişlər
icon