Lənkəran yağış sularına qərq oldu | FHN əməkdaşlarından sakinlərə yardım
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub.
#Lənkəran teqi istifadə olunub
- Lənkəranda qanlı dava | Qardaşların mübahisəsi qorxulu anlara səbəb oldu - Baku TV
- “Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV
- Ev sahiblərini şoka salan hadisənin detalları | "Hamısını yandırdılar, qalanı da..." - Baku TV
- Şıxakəran kəndində fərdi yaşayış evi yandı
- Lənkəranda qadın həmkəndlisi tərəfindən qətlə yetirilib - Baku TV
