Məhkəmə dələduzluq edən iş adamı ilə bağlı qərar verdi - Baku TV
Dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunaraq Ramin Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.
İstintaq materiallarına əsasən, Ramin Quliyev Qarabağ bölgəsində tikinti materiallarının satışı ilə məşğul olmaq adı altında tanışı, paytaxt sakini Aynurə Vəliyevanı aldadıb. O, zərərçəkəndən müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 110 min manat alaraq həmin vəsaiti mənimsəyib.
Təqsirləndirilən şəxsin qurbanlarından biri də Aybəniz Abdullayevadır. İttiham aktında göstərilir ki, Ramin Quliyev eyni ssenari üzrə, yəni Qarabağda tikinti materiallarının alqı-satqısından gəlir əldə etmək bəhanəsi ilə onun 76 min manat pulunu mənimsəyib.
Ramin Quliyevin əməllərindən zərər görən digər şəxs isə Bakı sakini Vüqar Qasımovdur. Ramin Quliyev onun 15 min manat vəsaitini ələ keçirib.
#Dələduzluq teqi istifadə olunub
- 69 minlik dələduzluqda ittiham olunan direktor Türkiyədə ələ keçirildi - Baku TV CANLI
- 150 min manatlıq mübahisə | "Restoranı tikmişik, pulumuzu ala bilmirik" - Baku TV
- "Bu işdə tək deyil" | Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluq edib? - Baku TV
- Xaçmazda keçirilən təcili əməliyyatın detalları - Baku TV CANLI
- İranlı kişini aldadıb 4 avtomobilini əlindən aldılar | "Deyir ki, başına oyun açacağam" - Baku TV
