Qaradağda ər-arvadın dəhşətli əməli | Cinayətin izini itirmək üçün görün nə etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Qaradağ rayonunda qonşusunun qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova və Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutan iclasda anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 15-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları Elşən Müzəffərov və arvadı Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb. Qətli törədən cütlük hadisədən sonra saxlanılıb.
Araşdırmalar zamanı cinayətin daha bir iştirakçısı Qasım Xankişiyev də müəyyən olunub. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
#Qaradağ rayonu teqi istifadə olunub
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
- Qaradağda illik milyonlarla paket kağız məhsulları istehsal olunacaq - Baku TV
