Pleyeri seçin:

Qəbiristanlıqdan oğurluq edən saxlanıldı

08 aprel 2023 403 baxış

Gəncədə yerləşən Səbiskar qəbiristanlığının nəzarətçiləri məzarların üzərindəki güldanların tez-tez yoxa çıxdığını müşahidə etdiklərindən nəzarəti artırmağa başlayıblar.

Çox keçməyib ki, qəbirləri qarət edənlərin izinə düşmək mümkün olub. Məlum olub ki, oğurluq əməlləri əlvan metal toplayanlar tərəfindən törədilibmiş. Belə ki, onlar gecə saat 12 radələrində iş başında yaxalanıblar.

Gecə saatlarında məzar ziyarətinə gəlmək fikrinə düşənlərin davranışları şübhə yaratdığından gözətçi onların avtomobilinin qeydiyyat nömrəsini yadında saxlayıb. Bir müddət sonra isə oğrular qəbiristanlığa geri qayıdıblar.

Qəbiristanlığın nəzarətçilərinin sözlərinə görə, bu, ərazidə baş verən ilk belə hadisə deyil. Bundan əvvəl də gecə saatlarında qəbirlər arasında səslər eşidilib və şübhəli şəxslər görünüb. Oğurluq əməlləri barədə məlumat alan Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İlkin törətdiyi əməli etiraf edib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. İ.İbrahimovun buna bənzər digər cinayət əməllərində iştirakının olub-olmadığı dəqiqləşdirilir.

Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Qubada bədbəxt hadisə | Bir ailənin 8 üzvü zəhərləndi - Baku TV

Hadisə
09 fevral 2026 403 baxış
Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Bakıda şirniyyat mağazasında yanğın | FHN hərəkətə keçdi - Baku TV

Hadisə
08 fevral 2026 403 baxış
Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Səbaildə oğurluq: Şübhəli bilinən şəxs saxlanıldı - Baku TV

Hadisə
08 fevral 2026 403 baxış
İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

İsmayıllıda yanğın baş verdi | FHN hadisə yerində - Baku TV

Hadisə
08 fevral 2026 403 baxış
İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

İsmayıllıda yanğın baş verib | FHN hadisə yerində - Baku TV CANLI

Hadisə
08 fevral 2026 403 baxış
Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Sumqayıtda dəhşətli dəm qazı zəhərlənməsi | Bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildi - Baku TV

Hadisə
08 fevral 2026 403 baxış
Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Qohum evliliyindən doğulan, anadangəlmə xəstə qız vəfat edib | "Qisməti belə imiş" - Baku TV

Hadisə
08 fevral 2026 403 baxış
Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV

Əkiz körpələr nədən öldü? | Faciənin yaranma səbəbləri nədir? - Baku TV

Hadisə
07 fevral 2026 403 baxış
Astarada torpaq sürüşməsi | Yolun bir hissəsi çökdü  - Baku TV

Astarada torpaq sürüşməsi | Yolun bir hissəsi çökdü - Baku TV

Hadisə
07 fevral 2026 403 baxış
Sumqayıtda məktəblilər arasındakı mübahisə davaya çevrildi - 24 SAAT

Sumqayıtda məktəblilər arasındakı mübahisə davaya çevrildi - 24 SAAT

Hadisə
07 fevral 2026 403 baxış
Seçilmişlər
icon