"Bütün gün Quran oxuyurdu, ünsiyyət qurmurduq" | Abşeronda qandonduran hadisə - Baku TV
Abşeronda qətl hadisəsi baş verib. Hadisə Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, 48 yaşlı Əlsəfa Rəhimovla onun həyat yoldaşı, 43 yaşlı Aygün Əliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində qadının öz həyat yoldaşına bir bıçaq zərbəsi vurduğu və kişinin elə hadisə yerindəcə həyatını itirdiyi bildirilir.
"Qışqırıq səsinə bayıra çıxdım. Külək olduğu üçün səsin haradan gəldiyini əvvəlcə təyin edə bilmədim. Sonra həmin evdən çoxlu adamın çıxdığını gördüm. İki övladları var, amma onları çox görmürdük, ancaq həyətdən səslərini eşidərdik. Bütün qonşular onların çox sakit ailə olduğunu deyirlər", – qonşulardan biri söyləyib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
#Masazır qəsəbəsi teqi istifadə olunub
- “Ay xanım, əlaqəm yoxdur, tamaşa edirəm" | Sakinləri qorxudan məsələnin aqibəti necə oldu? - Baku TV
- Masazırda xaotik tikililər narahatlıq yaradır
- “Dedim ki, yiyəsi bilsə, sizi...” | Bina tikənlər sakinlərin həyatını heçə sayır? - Baku TV
- "Qorxuludur, yığışıblar burada..." | Narazılıq yaradan tikili | "Xanım, pulunu vermişik!" - Baku TV
- "Üçmərtəbəli bina tikəcəyik" dedilər, görün nə oldu | Sakinlər şikayət edir - Baku TV
