Pleyeri seçin:

Saxta hərbi bilet düzəltmək istəyirdi... | Baş Prokurorluqdan məlumat

12 mart 2024 434 baxış

Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəlil Ənvər oğlu Əsgərovun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd edilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 434 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 434 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 434 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
20 dekabr 2025 434 baxış
2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 434 baxış
“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

“Biri yerdə idi, qatarın üstündə...” | 15 yaşlı yeniyetmə dəhşət yaşadı - Baku TV

Hadisə
19 dekabr 2025 434 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti dənizdən çıxarıldı - Baku TV

Hadisə
19 dekabr 2025 434 baxış
Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Tanınmış ekspert Kamran Əsədov nədə ittiham olunur? - Baku TV

Hadisə
19 dekabr 2025 434 baxış
“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

“Gördüm ki, cırmaqlayır, 2 dəqiqəyə öldü” | 22 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
19 dekabr 2025 434 baxış
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı | FHN görüntülər yaydı - Baku TV

Hadisə
19 dekabr 2025 434 baxış
Seçilmişlər
icon