Səhhətinizdə belə problem varsa... | BDYPİ sürücülərə xəbərdarlıq etdi
Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi QAZ-3302 markalı avtomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb. Sürücü hadisə yerində həyatını itirib.
İlkin məlumata əsasən, sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, BDYPİ son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir:
"Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar".
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV
- DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI
- Yol polisindən məktəb başlamazdan əvvəl valideynlərə xəbərdarlıq - Baku TV
- Valideynlərə uşaqların təhlükəsizliyi ilə bağlı mühüm çağırış edildi - Baku TV CANLI
- Əlverişsiz havada sükan arxasında nələrə diqqət etməliyik? - Baku TV CANLI
