Pleyeri seçin:
Sumqayıtda dəhşətli qəza | Piyadanın yolu keçmək istəyi baha başa gəldi
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən piyada, 56 yaşlı Nərgiz İsgəndərovanı “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Avtomobili idarə edən Tural İsayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, Nərgiz İsgəndərova həmin ərazidə yerləşən mağazalardan birində işləyirmiş.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Şəhid anasını və oğlunu söyən şəxsin sonu
- 11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı
- Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV
- "Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV
- Sumqayıtda zəncirvari qəza | 8 avtomobil toqquşdu - Baku TV
