Pleyeri seçin:
Sumqayıtda güclü yağış sakinləri çətinə saldı | Qurumlardan açıqlama
Qeyri-sabit hava şəraiti Sumqayıtda bir sıra fəsadlara səbəb olub.
Belə ki, şəhərin Səməd Vurğun küçəsində kanalizasiya sisteminin təzələnməsi ilə əlaqədar asfaltla örtülməmiş hissədəki çuxur sürücüləri çətin vəziyyətə salıb, sərnişin avtobusu həmin çuxurda batıb.
“Sözügedən ərazidə aparılan təmir-bərpa işləri yarımçıq qaldığından nəqliyyat siteminə ziyan dəydi. Avtobusların ikisi həmin yerdə batıb qalıb və hərəkəti 4 saatdan sonra bərpa etmək mümkün olub”, – deyə “Sumqayıt Nəqliyyat”ın əməkdaşı Tofiq Saydumov Baku TV-yə açıqlamasında bildirib.
Sumqayıt Sukanal İdarəsindən isə bildirilib ki, yolda təmir işləri aparan podratçı şirkətə tapşırıqlar verilib, avtomobillərin maneəsiz hərəkətinin təmin olunması üçün lazımi addımlar atılır.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Dəhşət yaşayan hadisə şahidləri danışdı | Sumqayıtda restoranı alov bürüdü - Baku TV
- Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümünün təfərrüatı - Baku TV
- Şəhid anasını və oğlunu söyən şəxsin sonu
- 11 illik münasibətin bitməsinə dözməyən kişi sevgilisindən belə qisas aldı
- Sumqayıtda dəhşətli hadisə | 16 yaşlı yeniyetmə bıçaqlanıb - Baku TV
