Pleyeri seçin:

Sürücü idarəetməni itirib dəhşətli qəza törətdi | Kənd sakini hadisəni danışdı

29 oktyabr 2024 551 baxış

Zaqatalanın Yengiyan kəndində minik avtomobili qaz xəttinə və yaşayış evinə çırpılıb.

Rayonun Kəpənəkçi kənd sakini minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı 108 millimetrlik qaz xəttinə çırpılıb. Qəzadan sonra qaz xəttində yanğın baş verib və 320 abonent qazsız qalıb.

Hadisə zamanı kənd sakini Laləzar Orucovaya məxsus evin hasarının bir hissəsi dağılıb.

“Oturmuşduq evin içində, gördük ki, yanğın baş verib. Çıxdıq çölə, evin üstü yanırdı. Camaat kömək etdi, su tökdük. Yanğınsöndürənlər gəlib çatana kimi alov artıq söndürülmüşdü”, – deyə ev sahibi bildirib.

Qəza zamanı avtomobildə olan iki sərnişin, rayonun Kəpənəkçi kənd sakinləri – 42 yaşlı Elmar Babayev və 47 yaşlı Kəlmət Heydərova xəsarət alıb. Yaralılara Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra onlar ambulator müalicə almaq üçün evə buraxılıb.

Qeyd edək ki, qaz təchizatında yaranan fasilə bərpa edilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Banner
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 551 baxış
"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

"Göytəpə"də sərhədi pozmağa çalışan silahlı şəxs zərərsizləşdirildi - ƏSAS XƏBƏR

Hadisə
02 noyabr 2026 551 baxış
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 551 baxış
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 551 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 551 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 551 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 551 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 551 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 551 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon