Pleyeri seçin:

Şüvəlanda film kimi hadisə | “Qazprom”un sabiq vəzifəli şəxsi müəmmalı detalları açıqladı

01 avqust 2024 765 baxış

“Qazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Akif Həsənovun evini qarət etməkdə təqsirli bilinən Əkbər Bəşirlinin cinayət işinin ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, özünü elan edilmiş ittihamla qismən təqsirli bilərək qeyd edib ki, Akif Həsənovun bağ evində bağban kimi çalışıb. İlk aylar 600, sonra 900 manat məvacib alıb. Əkbər Bəşirli oğurladığı iddia olunan qiymətli saatları oğurlamadığını bildirib.

Dediyininə görə, hər şey ev sahibinin lazımsız əşyalar dolu bir qutunu ona verməsindən sonra baş verib. Evdə həmin qutunun içinə baxanda iki ədəd qəribə saat görüb və onları ticarət mərkəzlərindən birində yoxlatdırıb. Saatlara baxan şəxs onun müəyyən hissələrinin qızıl olduğunu deyərək qiymətli əşyaları Əkbərdən 4300 manata alıb. Bağban ifadəsində daha bir saatı bağdakı yaşıllıqda tapdığını və onu da 8 min manata satdığını bildirib.

İş üzrə zərərçəkmiş Akif Həsənov isə qeyd edib ki, oğlunun 25 illik yubileyinə bahalı saat hədiyyə edib. Oğlu günlərin birində saatı tapmadıqda atasından onu görüb-görmədiyini soruşub. Əkbər də öz növbəsində qiymətli hədiyyəni görmədiyini deyib. Akif Həsənov bununla yanaşı, daha iki qiymətli saatı itirdiyini də vurğulayıb. Zərərçəkmiş itən qızıl saatların tanınmış marka olduğunu da bildirib.

Cinayət işinin digər epizodu Akif Həsənova məxsus bağ evində baş verən yanğınla bağlıdır. Yanğın söndürüləndən sonra evdə olan külli miqdarda qızıl-zinət əşyaları və pulun itdiyi məlum olub.

Bununla bağlı zərərçəkən ifadəsində qeyd edib ki, bağındakı elektrik işləri yüksək peşəkarlıqla və keyfiyyətli naqillərdən istifadə edilməklə görüldüyündən qısaqapanma ehtimalı sıfıra bərabər olub. Yanğın zamanı yoxa çıxan seyfdə ailəyə aid sənədlərlə yanaşı, 5 min dollara yaxın pul və külli miqdarda qızıl-zinət əşyaları olub.

Zərərçəkən ona oğurluq epizodu üzrə 204 min, evin yanmasına görə isə 450 min manat ziyan dəydiyini deyib. Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

Banner
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 765 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 765 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 765 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 765 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 765 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 765 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 765 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 765 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 765 baxış
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026 765 baxış
Seçilmişlər
icon