Hadisə
Pleyeri seçin:

Türkiyədən Azərbaycana qaçan Kamran Zülfüqarovun məhkəməsi keçirildi

28 may 2024

Suriyada qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan 41 yaşlı Kamran Zülfüqarovun məhkəməsi başa çatıb.

Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib. Sonradan əməllərindən peşman olaraq gizli yolla Azərbaycana gələn Kamran Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində “Xalid dayı” dini ləqəbli şəxsin rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. 2 ay sonra həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra TIR-ın altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib.

Məhkəmə heyəti dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin verilmiş ittihamla cəzalandırılmasını qanunauyğun hesab edib.

Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriyada da cinayət hesab olunub. Hökmə əsasən, Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Kirayə maşınla qaydaları pozan qadın sürücü ilə bağlı DYP rəsmisindən paylaşım

Kirayə maşınla qaydaları pozan qadın sürücü ilə bağlı DYP rəsmisindən paylaşım

Hadisə
04 iyul 2024
Göygöldə kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ortaya çıxıb

Göygöldə kənd bələdiyyəsi sədrinin qanunsuz əməlləri ortaya çıxıb

Hadisə
04 iyul 2024
Zaqatalada bədbəxt hadisə | İdarə əməkdaşı iş başında vəfat etdi

Zaqatalada bədbəxt hadisə | İdarə əməkdaşı iş başında vəfat etdi

Hadisə
04 iyul 2024
Ağsuda maşın dərəyə yuvarlandı | Hadisə yerindən anbaan görüntülər

Ağsuda maşın dərəyə yuvarlandı | Hadisə yerindən anbaan görüntülər

Hadisə
04 iyul 2024
Ağır qəzaya düşən şəxs belə xilas edildi | FHN-dən görüntülər

Ağır qəzaya düşən şəxs belə xilas edildi | FHN-dən görüntülər

Hadisə
03 iyul 2024
Bakıda qandonduran hadisə | Ana parkda övladlarını qoyub…

Bakıda qandonduran hadisə | Ana parkda övladlarını qoyub…

Hadisə
03 iyul 2024
TƏBİB-dən azyaşlı ilə bağlı təcili açıqlama

TƏBİB-dən azyaşlı ilə bağlı təcili açıqlama

Hadisə
03 iyul 2024
Yol qaydalarını pozan qadın sürücü saxlanıldı | Şirkət rəhbəri nələr danışdı?

Yol qaydalarını pozan qadın sürücü saxlanıldı | Şirkət rəhbəri nələr danışdı?

Hadisə
03 iyul 2024
Direktorun həbs olunma səbəbi açıqlandı | Baş Prokurorluq məlumat yaydı

Direktorun həbs olunma səbəbi açıqlandı | Baş Prokurorluq məlumat yaydı

Hadisə
03 iyul 2024
Qanunsuzluq edən vəzifəli şəxslər ifşalandı | 218 əməkdaş...

Qanunsuzluq edən vəzifəli şəxslər ifşalandı | 218 əməkdaş...

Hadisə
03 iyul 2024
Seçilmişlər
icon