Pleyeri seçin:
Xaçmazda peşə məktəbində qanlı mübahisə | Tənəffüsdə tələbə qayçı ilə xəsarət yetirib
Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında baş verən mübahisə qanla nəticələnib. Baku TV-nin xəbərinə görə, tənəffüs zamanı iki tələbə arasında yaranan münaqişə zamanı 2008-ci il təvəllüdlü E.Şıxbabayevə tələbə yoldaşı tərəfindən qayçı ilə çoxsaylı xəsarətlər yetirilib. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona döş qəfəsi və bel nahiyəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. İlkin məlumata görə, hadisəyə səbəb xırda pul (qəpik) üstündə yaranan mübahisə olub. Hadisəni törətməkdə şübhəli bilinən Elnur Mirzəyev polis tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Xaçmaz teqi istifadə olunub
- Qusarçay kəndində Yel çərşənbəsi qeyd olunub - Baku TV
- Xaçmazda bədbəxt hadisə | Bir nəfər həyatından oldu - Baku TV
- "Özümü tanıyandan bu kilsəyə gəlirəm" | Şimal bölgəsində Milad bayramı qeyd olundu - Baku TV
- "Yaşadığı evdə onu güllələmişdi" | Xaçmazda dəhşətli cinayətin üstü açıldı - Baku TV
- Xaçmazda dəhşətli yanğında yataq xəstəsi kişi dünyasını dəyişdi - Baku TV
