İdman
Pleyeri seçin:
AFFA prezidenti jurnalistlərin suallarını cavablandırıb
“Mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm”.
Bunu AFFA-nın yeni rəhbəri seçilən SOCAR prezidenti Rövşən Nəcəf jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafını istəyən insanların birlikdə çalışması vacibdir. Təki xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – deyə o əlavə edib.
Kopyalandı