İdman
Pleyeri seçin:
Atıcılıq üzrə dünya çempionatında ilk qaliblər müəyyənləşdi
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında artıq ilk qaliblər məlumdur.
Atıcılıq Mərkəzində təşkil olunan yarışda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada Çin təmsilçisi Çjan Boven qızıl medal qazanıb. 2-ci yeri serbiyalı Damir Mikets tutub. İlk 3-lüyü bolqarıstanlı Kirill Kirov qapayıb.
Eyni növdə komanda yarışlarında da ən yaxşı nəticəni Çin idmançıları göstəriblər. Almaniya nümayəndələri 2-ci, Hindistan atıcıları isə 3-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, bu gün qadınlar arasında 10 metr məsafəyə pnevamatik tapançadan atəşaçmada, eləcə də həm kişilər, həm də qadınlar arasında stend növündə təsnifat mərhələsi keçiriləcək.
Kopyalandı